Yaponiyanın “qara dulu” kimi tanınan Çisako Kakehi adlı qadın ərini və ərindən başqa həyatında olmuş 6 sevgilisini zəhərləyərək öldürüb. 67 yaşlı qadın ərini zəhərlədiyi üçün həbs olunub. İstintaq araşdırmalarında onun daha öncəki sevgililərinin də qəribə şəkildə dünyasını dəyişdiyi üzə çıxıb. Belə ki, “qara dul”un bir sevgilisi yedikləri bir yeməkdən sonra həyatını itirib. Kakehinin ikinci əri ürək tutmasından, digəri xərçəng, bir başqası isə motosiklet qəzası nəticəsində dünyasını dəyişib. Qəribə ölümlərin ardınca bütün ölümlər araşdırılıb və onların səbəbinin bir qayda olaraq zəhər olduğu aydınlaşıb. Məlum olub ki, Kakehi bu 7 adamın ölümündən böyük miqdarda sığorta pulu alıb və 6 milyon 800 min dollarlıq sərvətə sahib olub. Əgər Kakehinin bu ölümlərlə birbaşa əlaqəsi olduğu üzə çıxsa, ölkədə ən böyük “Qara dul cinayəti” olaraq tarixə keçəcək.