Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

21-11-2014, 09:03   
Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var
Minik maşınında olan sərnişinlər yaralanıblar

Növbətçi Bu gün saat 07:20 radələrində Bakıda sərnişin avtobusunun iştirakı ilə ilə ağır yol qəzası baş verib. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinn verdiyi məlumata görə, hadisə Hökməli dəirəsi yaxınlığında baş verib.

Belə ki, Əfqan Əsgərovun idarə etdiyi 109 saylı, “DAEWOO” markalı, 10 TY 859 dövlət nömrə nişanlı avtobus Hökməli dairəsində hərəkət edərkən, “VAZ-2107” markalı maşınla toqquşub. “Jiquli”nin sürətlə gələrək avtobusun altına girdiyi bildirilir.

Qəzadan sonra minik maşınının sürücüsü hadisə yerindən qaçıb. Maşının içərisində iki sərnişin olub. Onların ağır yaralandığı bildirilir.

Xoşbəxtlikdən avtobus “20 yanvar” metrosundan Müşviq qəsəbəsinə gəldiyi üçün içərisində sərnişin olmayıb.

Qəza barədə avtobusun tabe olduğu “Monella” MMC-nin rəhbəri Qurban İsmayılov açıqlamasında bildirib ki, hadisədə onların sürücüsü günahkar olmayıb: “Avtobus normal sürətlə hərəkət edirmiş. “Jiqulu” dönərkən idarəetməni itirib. Yağış yağır və yol sürüşkəndir. Bu səbəbdən də, maşını saxlaya bilməyib. Avtobusa çırpılıb. Sürücü hadisə yerindən qaçıb. Maşının içərisindəki yaralılara bizim sürücü kömək edib. Maşının sərnişinləri bir-birilərinə deyiblər ki, xaş burnumuzdan gəldi. Çox güman ki, həmin maşının sürücüsü içkili olub. Bu səbəbdən hadisə yerindən qaçıb”, - deyə Qurban İsmayılov bildirib.

Hadisə yerinə çağrılan təcili yardım həkimləri yaralıları xəstəxanaya aparıblar.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.