Ermənilər rus qızını amansızlıqla qətlə yetirdi

22-11-2014, 11:57   
Ermənilər rus qızını amansızlıqla qətlə yetirdi
Rusiyada Moskva ətrafında avtomobil yuma məntəqəsində dəhşətli qətl hadisəsi törədilib.

avtomobilini yudurtmaq üçün məntəqəyə gələn 25 yaşlı Anna Şuranova gicgahından aldığı güllə yarasından ölüb.

Rus qızın 400 min rubl dəyərində olan maşınını ələ keçirmək istəyən məntəqəni işlədən ermənilər onu güllə ilə vurublar. Qatillərdən biri, 23 yaşlı Ermənistan vətəndaşı Mixra Mirzoyan dərhal həbs olunsa da, onun həmyerlisi bir müddət gizlənə bilib.

Annanı qətlə yetirən ermənilər avtomobili sataraq pulu aralarında bölmək istəyiblər.

Qatillər travmatik tapança ilə qızı sol gicgahından vurublar. Bundan sonra qızın cəsədini maşına qoyaraq işlədikləri məntəqənin yaxınlığındakı Krasnaya Qorka kəndinin meşəliyinə atıblar.

Anna ərinə hara getdiyini dediyindən polislərin işi elə də çətin olmayıb. Ermənilərin qətlə yetirdiyi Anna Şuranovanın dörd yaşlı oğlu var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.