Tahir Kərimovun Salyan talançılığı

22-11-2014, 19:48   
Tahir Kərimovun Salyan talançılığı

İcra başçısı rayonu tam şəkildə biznes obyektinə çevirib

Son aylar ərzində Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun fəaliyyəti yalnız öz şəxsi maraqlarına xidmət etdiyi üçün rayon sakinləri tərəfindən ikrahla qarşılanır. Bəzi KİV-lər pəh-pəhlə, 1-2 ay əvəl az qala dövləti cinayətlərdə ittiham etdikləri Salyan RİH-nin başçısı Tahir Kərimovun müdafiəsinə girişiblər. Bu müdafiənin nəyin müqabilində kim tərəfindən təşkil olunduğu barədə hələlik danışmırıq. Mövzumuz icra başçısının rayondakı qanunsuzluqları ilə bağlıdır. Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun maxinasiyaları haqda ANAEBER.az-a ilginc məlumatlar daxil olub. Bu məlumatlar birinci şəxsin rayondakı talan siyasəti haqda tam təsəvvür yaradır.
Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Salyan RİH-nin və Heydər Əliyev Mərkəzinin tikintisi üçün ayrılmış dövlət vəsaitləri hesabına o Heydər Əliyev Parkına bitişik ərazidə, köhnə uşaq baxçasının həyətini Bakı sakini olan səxsi sürücüsünün adına özəlləşdirərərk podratçı "İlkin-N” şirkətinə özü üçün 3 mərtəbəli yaşayış evi tikdirib. Ümumiyyətlə, Salyanda aparılan abadlıq işlərinə yerli sakinlərin tikinti şirkətləri cəlb olunmur, yalnız başçının özü ilə gətirdiyi qohumları bu işləri aparır. Salyan şəhərində Ə.Qasımzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində yerləşən bir vaxtlar MTN-nin yerli şöbəsinin xidməti evi kimi istifadə olunan bina Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına qərargah tikilməsi adı altında Dövlət Əmlak Komitəsindən özəlləşdirilərək sökülüb, həyət başçının özü ilə Daşkəsəndən Salyan Telekoma müdir gətirdiyi , bacısı oğlu Faiq Nəcəfovun adına özəlləşdirilib. Hazırda həmin həyətdə də rayonun abadlığı üçün ayrılmış dövlət vəsaitləri hesabına villa tikilir. Bu barədə olan məlumatlarla bağlı isə qarşı tərəf and aman edib bildirir ki, adı çəkilən qurumun” inzibati binası nın özəlləşdirilməsi barədə məlumatlar iftiradır”. Bəli, özəlləşdirilən inzibati bina yox xidməti yaşayış evi və həyətidir. Beləcə qanunsuz özəlləşdirilən xidməti yaşayış evı və həyət olduğu halda bunlar mətləbdən yayınmaq üçün qəsdən inzibati bina barədə açıqlamalar verməklə yaşayış yeri əvəzinə inzibati binanı ortaya atıblar.
Salyanda baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Tahir Kərimovun metlax sexi üçün özünə dublikat tapıb. Söhbət başçı tərəfindən keçmiş traktor təmiri parkının (RTS) özəlləşdirilərək orada açılmış küçələrə düzmək üçün keyfiyyətsiz metlax istehsal edən sexdən gedir. Bunların sevinə-sevinə tapdıqları lay buraxan Tahir Kərimovun sexi isə tamam ayrı yerdədir və rayonda dövlət tərəfindən aparılan abadlıq işlərində onun məhsulundan 1 kv.m belə işlənməyib.
Salyandan redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Yaxın günlərdə mövzuya qayıdacağıq. Eyni zamanda məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.