DYP-yə əsəbləşib açarları kanala atan sürücü ilə bağlı- Açıqlama+Video

22-11-2014, 23:22   
DYP-yə əsəbləşib açarları kanala atan sürücü ilə bağlı- Açıqlama+Video

Xəbər verdiyimiz kim, noyabrın 21-də səhər saatlarında Gəncə şəhəri yaxınlığındakı “Zazalı” postunun əməkdaşları “Howo” markalı iritutumlu yük avtomobilini saxladıqdan sonra sürücü ilə yol polisləri arasında insident yaşanıb.


avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, qeyd olunan hadisə heç də deyildiyi kimi baş verməyib:

“Sürücü Qara Mail oğlu Ələsov idarə etdiyi “Howo” markalı avtomobillə hərəkət edərkən yol polisləri tərəfindən saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 163-1.3-cü maddəsi ilə protokol tərtib olunub. Çünki sürücü yükdaşıma qaydalarını pozaraq nəzərdə tutulandan daha artıq yük daşıyırmış.

Bu da əlbəttə, yolların tez bir zamanda sıradan çıxmasına təsir edən amil olduğu üçün Dövlət Yol Polisi əməkdaşları bu məsələyə geniş diqqət ayırırlar. Sürücü Qara Ələsov barəsində 600-700 manat cərimə tətbiq olunduğu üçün o, bir qədər aqressivlik göstərib. Avtomobil tərəzidə çəkilərkən sürücü əsəbləşərək açarları su kanalına atıb. Hadisədən bir qədər sonra Gədəbəydən sürücünün atası da posta gəlib. Onlara burada izah olunub ki, qaydaları pozmaq olmaz, yükdaşıma qaydalarını pozulmasına görə bu qədər cərimə nəzərdə tutulur.

Postun komandiri sürücünün atasının da diqqətinə çatdırıb ki, bundan əvvəl də belə hal yaşandığı üçün ona xəbərdarlıq edilib, lakin sürücü yenə də qaydaları pozub».

Kamran Əliyev deyilənlərin təsdiqi kimi, “Zazalı” postunda baş vermiş olayan, daha doğrusu, postda sürücü və onun atası ilə polislər arasında gedən dialoqun videosunu da təqdim edib.[media=http://www.youtube.com/watch?v=48orXDmg_QQ]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.