Sakinlər su basmış yolları keçmək üçün divarlardan istifadə edirlər
Iç xəbər Bakıda yağan yağış yenə paytaxt küçələrində gölməçələrə səbəb olub.
Bakının Bakıxanov küçəsi, Yasamal rayonu və Yeni Yasamal yaşayış massivinin bəzi yerləri, Nizami metrosunun yaxınlığı, Binə qəsəbəsi su içində qalıb.
Sakinlərin bildiridiyinə görə, adıçəkilən yerlərdə hətta bəzi evləri də su basıb. Binaların zirzəmiləri su ilə dolub. Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də heç bir reaksiya verilmir.
Paytaxt küçələrini su basması tıxaca da səbəb olub. Sürücülər alternativ yollardan istifadə etməyə çalışırlar.