Ukrayna hadisələrinə görə Qərb ölkələri ilə qarşıdurma vəziyyətinə düşmüş Rusiya Çinlə hərbi əməkdaşlığı gücləndirir. Mayın sonlarında hər iki ölkə birlikdə Şərqi Çin dənizində birgə təlimlər keçirəcəklər. Çin həmin təlimlərin Yaponiyadan almaq istədiyi mübahisəli Senkaku (Dyoyuydao) adalarının yaxınlığında keçiriləcək. Adalar məsələsində ABŞ Yaponiyanı dəstəkləyir. Təlimlər Vladimir Putinin Çin səfəri ilə eyni vaxtda keçiriləcək. Səfər zamanı "Qazprom" Çinə ildə 38 milyard kubmetr qaz satmaq barədə saziş bağlayacaq.