İraqın Diyala bölgəsinə bağlı Sadiyə qəsəbəsinin İŞİD-in əlindən alındığı bilirilir.
Müdafiə Nazirliyindən verilən açıqlamada İraq ordusu və peşmərgə qüvvələri ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava dəstəyi ilə əməliyyat aparıb. Sadiyə qəsəbəsinin tamamilə ələ keçirildiyi qeyd edilir.
İraq polisi, şiə milisləri və ordu qüvvələri cənub-qərbdən, peşmərgələr isə şərqdən qəsəbəni mühasirəyə alıb. Qəsəbə əvvəlcə bombardmana məruz qalıb. Sonra da 3 mövqedən hücum edilərək qəsəbə ələ keçirilib.