Qadını parka aparan 4 nəfərlik qrup onu skamyada növbə ilə zorlayıblar
Adam Içində İngiltərədə dəhşətli zorlama hadisəsi baş verib. Məlumata görə, ad günü ziyafətindən çıxan qadın mindiyi taksidə yuxuya gedib və 42 yaşlı sürücü qohumlarına zəng vuraraq kütləvi zorlama təşkil edib.
Dəvət olunan təcavüzçülərdən birinin sürücünün öz dayısı olduğu bildirilir. Qadını “Great Horton” adlı parka aparan 4 nəfərlik qrup onu skamyada növbə ilə zorlayıblar.
Müəllim olduğu qeyd edilən qadın məhkəməyə verdiyi ifadədə evlənməyə hazırlaşdığını, bu hadisənin ailə qurmasına mənfi təsir etməsinə izn verməyəcəyini deyib.
Qeyd edək ki, təcavüzçülərdən biri xaricə qaçsa da digər 3 nəfərin hər birinə 17 il iş verilib.