Hürrəm sultan hansı krala alt paltarı hədiyyə edib?

24-11-2014, 08:36   
“Yoldakı elçi: Osmanlıdan bu günə Türk-Polyak münasibətləri” adlı kitabın təqdimatı olub

Adam Içində Osmanlı padşahlarından Qanuni sultan Süleymanın həyat yoldaşı Hürrem sultanın Polşa kralına yazdığı məktub, ölkə başıçısına göndərilən qeyri-adi hədiyyəni də aşkara çıxarıb. Hürrəmin krala göndərdiyi hədiyyə boxçasında alt paltarı da olub.

Türkiyədə Baş nazirlik dövlət arxivləri idarəsinin hazırladığı və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə həsr olunan “Yoldakı elçi: Osmanlıdan bu günə Türk-Polyak münasibətləri” adlı kitabın təqdimatı olub. Tədbir münasibəti ilə təşkil olunan sərgidə Qanuni sultan Süleymanın həyat yoldaşı Hürrem sultanın Polşa kralına yazdığı məktub da nümayiş olunub.

Arxiv sənədlərinə görə, kraldan gələn məktuba cavab yazan Hürrem ölkə başçısına xoş diləklərini çatdırır və ona bəzi hədiyyələr də yollayır.

“Bu sevgi yüklü mətub boş getməsin deyə bel bağı ilə birlikdə iki cüt alt tuman-köynək, 6 ədəd əl bezi və 1 ədəd makrame (krujeva) göndərildi. Boxçası ilə qəbul buyurub bizi xoş görəsiniz” – deyə məktubda yazılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.