Rusiya Dövlət Dumasının üzvü Oleq Mixeyev ölkə ərazisində oğru dünyasının nümayəndələrinin, onlara aid ədəbiyyat kitablarının, şensonye müsiqilərinin müsbət şəkildə göstərilməsini yasaqlayan qanun layihəsini parlamentə təqdim edib. Bununla deputat ölkə ərazisində milli və mənəvi dəyərlərin artırılmasına nail olmaq istədiyini bildrib. Mixeyevin sözlərinə görə, bu yöndə o qədər problemlər yaranıb ki, hətta oğru dünyası anlayışı sadə vətəndaşların evlərinə soxulub, uşaqların və gənclərin məfkurəsini zədələyib. Qeyd edək ki, deputatın təklif etdiyi qanunun tələblərində qaydaları pozan sadə vətəndaşlara 2,5 min rubl, hüquqi şəxslərə isə 500 min rubl cərimənin kəsilməsi nəzərdə tutulub. Maraqlıdır ki, oğru dünyasının yaşam tərzini qələmə alan yazıçı və siyası xadim Eduar Limonov rusiyalı deputatın təklif etdiyi qanun layihəsinin tətbiqini qeyri-real sayıb. Onun sözlərinə görə, Dövlət Duması yenə bu məsələləri məzlum Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə atmaq istəyir.