ABŞ-ın San-Fransisko şəhərində 11-ci mərtəbədən yıxılan şəxs sağ qalıb.
Banka məxsus binada pəncərələri yuyarkən müvazinətini itirib və aşağıda olan avtomobilin üzərinə düşüb.
Hadisə dünən səhər baş verib. Yaralı şəxsi xəstəxanya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Maraqlı məqam odur ki, onun üzərinə düşdüyü "Toyota Camry” markalı avtomobilin yarısı sıradan çıxsa da, hadisə baş verən zaman maşında olan sürücü xəsarət almayıb. Hadisənin səbəbləri araşdırılır.