İŞİD qüvvələri İraqın Müdafiə naziri Xalid əl Übeydinin qohumlarından olan 11 nəfəri qaçırıb.
İraq Müdafiə Naziriyinin adının çəkilməsini istəməyən rəsmilərindən biri qaçırılan şəxslərin 15 nəfər olduğunu, sonradan onların 4-nün azad olunduğunu deyib.
Məlumatı verən şəxs bildirib ki, İŞİD Übeydinin Mosuldakı evini də qərargaha çevirib.
Qeyd edək ki, Übeydi bir müddət əvvəl hökumətin nəzarətindən çıxan ərazilərin İŞİD-dən təmizlənəcəyi sözünü vermişdi.