Azərbaycanda əkiz qardaş şəraba qurban getdi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

24-11-2014, 15:04   

Şəmkirdə marketlərin birində şərab üstündə qanlı olay baş verib. Alıcı ilə satıcının mübahisəsi sonda qətllə nəticələnib. Hazırda polis cinayəti törədən şəxsin axtarışlarını davam etdirir.

verib. Rayonun Şiştəpə kənd sakini Laçın Məmmədov marketə gələrək satıcıdan şərab istəyib. Bu zaman satıcı ilə müştəri arasında anlaşılmazlıq yaranıb və mübahisə ilə nəticələnib. Vəziyyət o həddə çatıb ki, işə mağaza sahibini oğlu Firuz Zamanov da qarIşıb. Bu zaman Laçın Məmmədov üzərində gəzdirdiyi bıçaqla Firuz Zamanova bir neçə bıçaq zərbəsi endirib. Zamanov aldığı zərbələrdən sonra hadisə yerində dünyasını dəyişib.

Şahin Şükürov – Şəmkir rayon prokurorunun böyük müstəntiqi: “Marketin sahibi Rasim Zamanovun oğlu Firuz Zamanovla yaranan mübahisə zamanı Laçın Məmmədov üzərində gəzdirdiyi bıçaqla Firuz Zamanova 2 bıçaq zərbəsi endirib. Sonuncu aldığı zərbələrdən sonra həyatdan məhrum olub”.

Cinayəti törədən Laçın Məmmədov vaxtaşırı Rusiyaya gedib-gəlib. Qətlə yetirilən Firuz Zamanov isə uzun müddətdir Şəmkirdə yaşayıb.

Şükran Məmmədov – şahid: “İki əkiz qardaş olublar. Həmişə hamıya hörmətlə yanaşıblar. Əvvəllər aralarında heç bir mübahisə olmayıb. Mənim ailə ilə yaxın münasibətim olduğu üçün mənə çox pis təsir etdi”.

Əvvəllər də 3 dəfə məhkumluq həyatı yaşayan Laçın Məmmədov məsuliyyətdən yayınmaq üçün hadisədən sonra gizlənib. Polis bu istiqamətdə əməliyyat axtrış tədbirlərini davam etdirir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

----------
10:03

Ötən gecə Şəmkirdə qətl hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini, 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb. 2 bıçaq zərbəsi alan F.Zamanov hadisə yerində dünyasını dəyişib.

Cinayəti törədən L.Məmmədov dərhal hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Qeyd edək ki, L.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.