Azərbaycanda dost 30 illik dostunu kef məclisində öldürdü (FOTO)

24-11-2014, 15:08   
Azərbaycanda dost 30 illik dostunu kef məclisində öldürdü (FOTO)
Qonaqlıq zamanı tərəflər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticlənib

Kriminal Ötən gün saat 20:35 radələrində Şirvanda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Şirvan sakini 30 il dostluq etdiyi qonşusunu bıçaqlayaraq qətlə yetirib.

Hadisə ötən gecə Şirvan şəhəri Neftçilər küçəsi 36 ünvanında yaşayan 47 yaşlı İlham Hüseynağa oğlu Əsədi, qonşusu Neftçilər küçəsi 5 ünvanında yaşayan 51 yaşlı Rasim Müzəffər oğlu Əliyev ilə bilikdə qonaqlıqda iştirak ediblər.

Qonaqlıq zamanı tərəflər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticlənib. Dostu Rasim tərəfindən ürək nahiyyəsindən bəçaqlanan İlham Əsədili yaralı halda Şirvan şəhər Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə biləməyiblər.

Artıq əlini öz dostunun qanına batırmış Rasim Əliyev polis tərəfindən saxlanılıb. O polisə verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Hazırda faktla bağlı Şirvan şəhər Prokurorlugunda cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.