30-35 yaşlı kişi özünü qaladan yerə ataraq dünyasını dəyişib
Növbətçi Səbail rayon polis idarəsi, 9-cu polis bölməsindən verilən məlumata görə, Qız Qalasında intihar edən şəxsin təxminən 30-35 yaşları var. Onun üzərində şəxsiyyətini təsdiq edən edən hər hansı bir vəsiqə tapılmayıb.
Hazırda polis hadisə yerində təhqiqat aparır.
***17.17
Bakının mərkəzində intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, Qız Qalasından bir kişi özünü ataraq həyatına son qoyub.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Rahib Azərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
"Hazırda polis hadisə yerində araşdırma aparır. Onun şəxsiyyəti bəlli deyil".
Qeyd edək ki, bir necə il öncə intiharların qarşısını almaq məqsədilə Qız Qalasının müşahidə hissəsinə şüşə divarlar bərkidilmişdi.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin sifarişi ilə Qız Qalası abidəsinin baxış meydançasında şəffaf şüşə konstruksiyası quraşdırılıb. Kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj edilə bilər.
Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.