"Naqa Pançami" festivalından görüntülər
Fərqli adət-ənənələri, festivalları ilə maraq doğuran Hindistanda hər il qeyd edilən "Naqa Pançami" festivalında gənc qızlar ilanları südlə çimizdirilir.
Hər il yaz fəslində Muson yağışlarının yağdığı vaxtla eyni zamana düşən bu festivalda gənc qızlar ilanları çimizdirərək onlara süd içirdirlər. İnanclara görə, qızlar bununla ailələrinin və bacı-qardaşlarının qorunduğunu düşünürlər.
Festivalın keçirilməsi bir əfsanəylə əlaqələndirilir. Əfsanəyə görə, bir cütçü mal-qara otararkən bir ilanı öldürür. Öldürülən ilanın anası cütçünü və Naqasa dua edən balaca qızdan başqa ailənin bütün üzvlərini öldürür. Balaca qızın duasıyla və Naqasa bağlılığı ilə ailənin bütün üzvləri yenidən həyata qayıdır. Məhz bu əfsanəyə əsaslanan "Naqa Pançami" festivalı hər il qeyd edilir.