"Bomj" azərbaycanlını bıçaqlayıb - MOSKVADA

24-11-2014, 18:22   
"Bomj" azərbaycanlını bıçaqlayıb - MOSKVADA
Moskvada 60 yaşlı “bomj” 27 yaşlı Azərbaycan vətəndaşına bıçaq xəsarəti yetirib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə paytaxt vağzallarının birində baş verib.

Mübahisəyə səbəb Azərbaycan vətəndaşının “bomj”a irad tutması olub. Konkret olaraq o, 60 yaşlı kişidən özünü sakit aparmağı xahiş edib. Lakin bu, “bomj”un xoşuna gəlməyib və o, cibindən çıxardığı bıcaqla həmyerlimizi boğazından yaralayıb.

Azərbaycan vətəndaşı dərhal xəstəxanaya çatdırılıb. Onu yaralayan şəxsi isə bir neçə saatdan sonra saxlamaq mümkün olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.