Kanalizasiya quyusundan körpə çıxdı - FOTO

24-11-2014, 18:41   
Kanalizasiya quyusundan körpə çıxdı - FOTO

Avstraliyanın Brisben şəhərinin cənubunda, Kinqstondakı kanalizasiya quyularından birində südəmər körpə tapılıb.

Devid Ott həmişə olduğu kimi, bu səhər də velosipedlə yürüşə çıxmışdı. O, "Quakers Hill" küçəsindən M7 şossesinə dönən məkanda, yolun kənarındakı kanalizasiya quyusunda uşağın ağladığını eşidir.
Velosipeddən düşən Devid quyuya tərəf qaçır və orada südəmər körpənin olduğunu görür.

Daha sonra Devidə yoldan ötən bir nəfər də yaxınlaşıb.
Polisə zəng vurulub.

Kanalizasiya quyusunun qapağını qaldırmağa cəhd göstərən Devidə üç nəfər də yardım edib. Amma 12 sm qalınlığı, təxminən 1 ton ağırlığı olan qapağı qaldıra bilməyiblər.

Hadisə yerinə gəlmiş polis əməkdaşları çağanı quyudan çıxarıblar.

Uşaq 2,5 metr dərinlikdə, kanalizasiya kollektorunun kənarında idi.

Uestmid Uşaq Hospitalına aparılmış körpənin vəziyyəti ağır olsa da, stabildir.

Həkimlərin dediklərinə görə, 5 günlük uşağın valideynləri Yaxın Şərq və ya Hindistan əsilli mühacirlərdir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.