SPACE TV xəbərdarlıq etmədən dəhşətli görüntüləri efirə verdi-ŞOK VİDEO +18

24-11-2014, 23:14   
SPACE TV xəbərdarlıq etmədən dəhşətli görüntüləri efirə verdi-ŞOK VİDEO +18
[media=http://www.youtube.com/watch?v=F1QWF4kgoIk#t=71]
Dünən Space Tv-nin “Hər gün” xəbərlər proqramının aparıcı Elvin Basqallının təqdimatında efirə gedən saat 20.00 buraxılışında şok sayıla biləcək hadisə baş verib. Belə ki, aparıcı uşaqların və əsəbləri zəif olanların ekran qabağından uzaqlaşması üçün heç bir xəbərdarlıq etmədən Uqandada dayənin uşağa verdiyi işgəncəni əks etdirən video yayımlanıb. Video bitdikdən sonra isə aparıcı bu videonu efirdən qabaq izləmədiyini və dəhşətə gəldiyini bildirərək tamaşaçılardan üzr istəyib.

Lakin proqramı izləyənlər arasında uşaqlar da olub və narahatlıq yaşanıb. Bu barədə peşəkar teleaparıcı İradə İsaq öz facebook səhifəsində belə qeyd edib: “Ayyyyyyyy zuuuuuuuurnaliiiiistlerrrrrr, ushagin doyulmesini efire vermezler. Menim oglum kadrdan qorxub o biri otaga qachdi. Ay ne deyim neler, bu olke Ushaq huquqlarinin qorunmasi ile bagli Cenevre Konvensiyasina qoshulub. Bu kadrlariniz beynelxalq prinsiplerin kobud pozulmasidir. Normal olkede mehkemeden qurtulmazdiniz. Hech olmasa evvelce xeberdarliq edin, ureyi zeif olanlar baxmasin! Cherledik elinizden!!!!!”

Jurnalist Zülfiyyə Qurbanova da bu hadisəyə kəskin etiraz edib və MTRŞ-ni qınayıb: “SPACE dunen dayenin korpe uwaqi doyme sehnesini efire verdi.Doymek de nece doymek.Daye uwaqi tepiyinin altinda tapdalayir.Men yawda adam,ustelik de xeber adami olduqum halda kadrlardan sarsinti kecirdim.Bu qeder de olmaz axiBele weyleri efire vermezler.MTRS hara baxir?”

Ümid edirik ki, MTRŞ bu cür hallara qarşı gec də nəhayət reaksiya verəcək. Həmin videonu təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.