Rusiya təklənir: İran da Qərbə üz tutur

25-11-2014, 10:10   
Rusiya təklənir: İran da Qərbə üz tutur
“Hər şey Vyanada keçiriləcək nüvə danışıqlarından asılıdır”.

Bu sözləri açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sanksiyalar fonunda İranın Qərblə Rusiya arasında seçim məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İranın sözügedən məsələdə seçim etmək üçün vaxtı çox azalıb:

“İran sanksiyalardan qurtulmaq istəyirsə, Qərb ölkələri ilə razılığa gəlməli və nüvə mərkəzlərinin qapısını Qərb mütəxəssislərinə açmalıdır ki, nüvə silahının istehsalının sülh məqsədləri üçün Tehrana lazım olduğunu isbat edə bilsin. Əgər bu isbat olunsa və Vyanada razılaşma əldə edilsə, İran sanksiyalaradan qurtula biləcək. Ancaq Rusiya haqqında bunu demək olmur. Çünki Moskvaya qarşı sanksiyalar getdikcə sərtləşəcək. Rusiya Krımın ilhaqından əl çəkməyəcək və Ukraynanın şərqində separatçılara dəstəyini davam etdirəcək. Hazırda İranın vəziyyəti Rusiyadan daha münasib görünür. Əvvələr İran sanksiyalarla üz-üzə idi, iqtisadiyyatı ağır duruma sürüklənmişdi və bu zaman Rusiyanın Qərblə dialoqu var idi. İndi isə tamamilə əksinədir. İran Qərblə dialoqa can atır və sanksiyalardan qurtulmaq istəyir. Ancaq Rusiyaya qarşı sanksiyalar sərtləşib və Moskvanın Qərblə əməkdaşlığı aşağı səviyyəyə enib.

Sanksiyalar ortadan qaldırıldıqdan sonra İran öz enerji resurslarını Qərb bazarına çıxarmaq imkanı qazanacaq. Bu isə Rusiyanın maraqlarına ziddir. Çünki bazara daha çox neft çıxarıldıqca, qiymət aşağı düşəcək. Nəticədə avtomatik olaraq Rusiyada vəziyyət ağırlaşacaq. İran sanksiyalar məsələsində Qərblə razılaşsa, faktiki olaraq Moskva və Tehran arasındakı məsafə bir qədər uzanacaq. Hesab edirəm ki, İran Rusiya ilə yaxınlaşmaqdan çox, Qərblə əməkdaşlığa üstünlük verəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.