SOCAR-ın binası qızıldan tikilir?

25-11-2014, 11:13   

Hesablamalara görə, binanın hər kv.metri 32 min dollara başa gəlir

Heydər Əliyev prospektində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün tikilən 42 mərtəbəli ofis binasında müasir işıqlandırma sistemi quraşdırılıb.

nəhəng bina Bakıda son illərdə inşa olunmuş digər çoxmərtəbəli binalar kimi müxtəlif rəngləri və kompozisiyaları əks etdirən sistemlə təchiz olunub.

Qeyd edək ki, SOCAR-ın yeni binasının tikintisinə 2010-cu ildə başlanılıb. 42 mərtəbəli binanın hündürlüyü 209 metrdir.


Layihələndirmə işləri Cənubi Koreyanın “Heerim Arshitests & Planners So.Ltd” şirkətinin ideyası əsasında aparılan binanın ümumi sahəsi 59102 kv. metrdir.

209 metr hündürlüyündə olan ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.

Bina Azərbaycan dövlətinə 1.5 milyard manata başa gəlib.

Iqtisadçı ekspert Samir Əliyev layihənin qiyməti ilə bağlı araşdırma aparıb. O, “Facebook” səhifəsində yazıb ki, əgər layihənin 1.5 milyard (təxminən 1.9 milyard dollar) manata başa gəldiyi təsdiqlənərsə o zaman aydın olacaq ki, binanın hər kv.metrinə 32 min dollar xərclənib. “Sanki bina qızıldan tikilir”, - deyə ekspert əlavə edib.

Samir Əliyev daha sonra bir neçə müqayisəni diqqətə çatdırıb: “Burc Khalifa (Xəlifə Qalası) Dubayda yerləşir və dünyanın ən hündür tikilisidir. Binanın hündürlüyü təxminən 830 metrə yaxındır. 2010-cu ildə istifadəyə verilən tikilinin sahəsi 344 min kv.metrdir. Bina ümumilikdə 1,5 milyard ABŞ dollarına tikilib. Tikintisi 6 il (2004-2010) çəkib. Binanın 1 kv.metri təxminən 4361 dollara başa gəlib.

Shard Bridge - Londonda tikilən bu göydələn Avropada ən hündür binadır. Hündürlüyü 310 metr, binanın daxili sahəsi 128 min kv.metrdir. Binanın tikintisinə 450 milyon funt sterlinq ( 700 milyon dollar) xərclənib. Tikinti 3 il (mart 2009 - 2012) çəkib. Tikilinin 1 kv.metri təxminən 5469 dollara başa gəlib.

Yəqin ki, misalların müqabilində SOCAR-ın binasının nə qədər baha olduğu görünür. Əgər daha mürəkkəb və baha tikilinin hər kv.metri orta hesabla 4500-5500 dollar xərclənirsə, onda SOCAR-ın yeni inzibati binasının tikinti xərclərinin real həcmi barədə təxmini fikir söyləmək olar".

Bütün bunlar bir daha sübut edir ki, infrastruktur layihələr Azərbaycan hakimiyyəti üçün sadəcə korrupsiya mənbəyidir.

Bunun da kökü üst-də var. bu adla - «Tərəfdaşlarımın çoxu həbsdədir». Üzərində yenilə və gərəkirsə aşağı manşetə keçir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.