Arvadına “süd kimi ağ ayaqlarına qurban” deyən dostunu öldürdü (TƏFƏRRÜAT, FOTO)

25-11-2014, 17:11   

Türkiyədə qısqanclıq üstündə qətl hadisəsi baş verib
Türkiyədə qısqanclıq üstündə qətl hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Adana şəhərində yaşayan 58 yaşlı Zeynal Abidin arvadına seksual hərəkətlər edən 56 yaşlı Kazım Ağanı iş yerində qətlə yetirib.

Qətlə yetirilən Kazım Ağa ilə Zeynal Abidinin həyat yoldaşı 33 yaşlı H.B. birlikdə atelyedə işləyirmişlər. Qətlə yetirilən kişi qadının müdiri olub.

Həmçinin bildirilir ki, Zeynal Abidinlə Kazım Ağa ailəli dost olublar. Hər səhər Kazım Ağa dostunun arvadını maşınına mindirərək işə aparırmış.

Hadisə baş verən gün də Kazım Ağa dostunun evinə zəng vurub. “Bacı evdədirsə, denən düşsün. Gözləyirəm”, - deyə Kazım Ağa bildirib. Lakin sonradan telefonu söndürməyib.

Arvadı dostunun maşınına minib gedəndən sonra Zeynal Abid də təsadüfən telefonun söndürülmədiyini görüb. Telefonu dinlədikdə isə dəhşətə gəlib.

“Sənin süd kimi ağ ayaqlarına qurban olum. Bəlkə bu gecə də, ərinə bir bəhanə uyduraq?”, - deyə dostunun arvadı ilə mazaqlaşdığını duyub.

Nə baş verdiyini aydınlaşdırmaq üçün dostuna zəng vuran Zeynal Abid gözləmədiyi reaksiya ilə qarşılaşıb.

“İşinlə məşğul ol. Arvadını yad birilə tək buraxanda nə bilmişdin?”, - deyə dostu Zeynal Abidə cavab verib.

Əsəblərini cilovlaya bilməyən Zeynal Abid bıçaq götürüb və dostunun atelyesinə yollanıb. Müdir otağına girən kimi Zeynal Abid dostunu ürəyindən bıçaqlayıb.

Polsi tərəfindən saxlanılan Zeynal Abid ifadəsində olanları anladaraq, “Ömrümdə bir toyuq başı belə kəsməmişdim. Amma etdiklərimə görə peşman deyiləm”, - deyə bildirib.

Məhkəmənin qərarı ilə Zeynal Abidə 12 il, 5 ay həbs cəzası veriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.