"Əmək və əhalinin sosial müdaafiəsi naziri Səlim Müslümov bir rayonda «tayfa hakimiyyəti» yaradıb. Bununla da rayonda dövləti hakimiyyət onun mənsub olduğu tayfanın feodal təfəkkürlü insanlarının tam nəzarəti altına keçib”. Bu sözləranaxeber.info- in elektron poçtuna daxil olan məktubda yer alıb. Adlarını çəkilməsini istəməyən rayon sakinləri öz məktubunda Səlim Müslümovun rayondakı «hakimiyyət»ində təmsil olunan qohumlarının siyahısını da sayta təqdim ediblər:
1. Ağsunun icra başçısı nazir Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir;
2. "Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma qardaşıdır;
3. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur;
4. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır;
5. Ağsunun yeganə mərkəzi bazarı Səlim Müslümovun qohumu Varis Nəzərovun nəzarətindədir;
6. İcra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyevrayon polis şöbəsində rəis müavinidir;
Nazirin Ağsuda dövlət qurumlarına yerləşdirdiyi qohumlarının siyahısı bununla bitmir. Rayonda onlarla digər vəzifələrə də Səlim Müslümova bu və ya digər formada qohumluğu çatan şəxslər yerləşdirilib: «Səlim Müslümov nazir olduqdan sonra isə vəziyyət daha da mürəkkəb xarakter alıb. İş o yerə çatıb ki, Müslümovun tayfası rayonun deputatı Ərəstun Cavadovun deputat kimi rayondakı fəaliyyətini də məhdudlaşdırıblar. Nazirin qohumları rayonda mərkəzi hakimiyyətin tapşırıq və tövsiyələrindən daha çox, Səlim Müslülmovdan gələn göstərişləri icra etməklə məşğuldurlar. Onlar isə Ərəstun Cavadova yalnız «pul kisəsi» kimi yanaşır və ondan Ağsuda yeni layihələrə pul xərcləməyi tələb edirlər».
Məlumatda o da bildirilir ki, Ağsuda hələ sovet dövründə də mövcud olmayan avtovağzalı da deputat Ərəstun Cavadova tikdiriblər. Amma Ənvər Seyidəliyevlə nazir bunu öz adlarına çıxıblar.