Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev artıq "facebook" istifadəçisidir.
Partiya sədri Aktual.az-a açıqlamasında bildirib ki, bundan sonra sosial şəbəkələrdə fəal olacaq:
"Uzun müddətdir sosial şəbəkədən istifadə edirdim. Ancaq fəal deyildim. Partiya daxilində apardığımız müzakirələrdən belə qərara gəldik ki, sosial şəbəkələrdə təbliğat işini gücləndirək. Mən də artıq sərbəst şəkildə facebookdan istifadə edirəm. Gündəlik olaraq mətbuata verdiyim açıqlamaları paylaşıram. Camaatın mənə marağı böyükdür. Göndərilən dostluqlar, yazılan şərhlər bunu deməyə əsas verir. Virtual dostluq çevrəm genişlənsin statuslar yazacağam".