Bu gün Azərbaycanda 6 yaşlı 8 kiloqramlıq uşağa böyrək köçürülüb.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsin-in müdiri Mircəlal Kaziminin AzNews.az-a verdiyi məlumata görə,
altı yaşlı 8 kiloqramlıq xəstə Sadiq Abdulxaliqov uzun müddət xroniki böyrək çatışmazlığından və inkişaf geriliyindən əziyyət çəkib. Xəstə bir neçə dəfə xarici ölkələrdə müayinə olunub. M.Kazıminin dediyinə görə, Mərkəzi Neftçilər xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasi şöbəsinə müraciət etdikdən sonra azyaşlıya böyrək köçürülməsi məsləhət görülüb:
“Şöbənin həkimləri tərəfindən konsiliumdan və uyğunluq analizlərindən sonra xəstəyə anasından böyrək köçürülməsi qərara alınıb. Bu əməliyyatda standart böyrək köçürülməsi proseduru icra edilmədi. Uşaq inkişafdan çox geri qaldığı üçün xəstənin anasından alınan böyrəyin ölçüləri və eyni zamanda iki kiçik mənfəzli arteriya damarı movcud idi. Buna görə də anasının böyrəyi Sadiqin qarın boşluğuna yerləşdirildi. Kiçik damarlar isə mikrocərrahiyyə ilə tikildi. Əməliyyat uğurla başa şatdı. Bu çəkidə nadir icra olunan böyrək transplantasiyası əməliyyatı Respublikamızda ilk dəfədir ki, həyata keçirildi”.
Donor əməliyyatıni icra edən həkim cərrah Eldar Əhmədov qeyd etdi ki, donor əməliyyati yəni orqanın alınması hal hazırda dünyanin inkishaf etmiş mərkəzlərində olduğu kimi laparoskopik yəni qapalı üsulla həyata keçirildi. Bu üsul əməliyyatdan sonraki müddətdə donorda ağrıların olmamasına, yaranın kiçik və estetik olmasına eləcə də 2-3 günə donorun xəstəxanadan çıxıb normal işinə və evinə qayıtmasına zəmin yaradacaq.
Nefroloq-həkim tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov belə tip yəni inkişafdan geri qalan və çəkisi çox az olan xəstələrin əməliyyatdan sonraki periodlarının spesifikliyinə diqqət çəkdi. O, qeyd etdi ki, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə orqanın rədd olunmaması ilə mübarizədən əlavə inkişafdan geri qalan orqanizmi də bərpa etmək lazımdır:
“Bu çox mürəkkəb və peşəkarlıq istəyən məqamdır. Bir yandan immunsupressiv dərmanların dozasini, digər tərfdən isə orqanizmi sürətlə inkişafını bərpa etməlisiniz. Yəni metobolizma və dieta ilə də ciddi məşğul olmaq lazım olacaq. Sevinirik ki, bizim körpəyə də faydamız dəydi, onu da əməliyyat edib həyata qaytara bildik”.
Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi onu da qeyd etdi ki, aparılan bu əməliyyat təmənnasız olaraq icra edilib.