Qarşısı alınmasa sürüşmənin miqyası daha da böyüyə bilər
Növbətçi Bakının Xətai rayonu Nobel prospekti 67/13 A ünvanında torpaq sürüşməsi baş verib. Hadisə zamanı ev sahibi Dilarə Rzaynvanın mənzili və həyətyanı sahəsinə ziyan dəyib. Ev sahibinin sözələrinə görə yaşadığı ərazidə torpaq sürüşməsini 10 günə yaxındır ki, müşahidə edir. Amma son gün sürüşmənin miqyası daha da artıb. Bu səbəbdən də ailə üzvləri təhlükəsizliklərini nəzərə alaraq evdən çıxmaq məcburiyyətində qalıblar.
Hadisə yerinin yaxınlığında yaşayan sakinərin sözlərinə görə, əgər qarşısı alınmasa bu yerlərdə zərər çəkən mənzillərin sayı qat-qat artıq ola bilər.
Ev sahibi hadisə ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini deyir.