Uşaq bacısının bezini dəyişən anasını güllələdi
Kriminal ABŞ-da silah saxlama qadağası məktəblərdə baş verən qətliamlardan sonra dəfələrlə gündəmə gətirilsə də bu məsələ öz həllini hələ də tapmayıb. Evdə saxlanılan silah bu dəfə daha bir ailənin faciəsinə səbəb olub.
Oklahoma ştatındakı Tulsa şəhərində 3 yaşlı uşaq anasının ölümünə səbəb olub. Belə ki, körpə divanın altından tapdığı yüksək kalibrli silahla atəş açıb. Uşağın təsadüfən açdığı silahdan çıxan güllə 1 yaşlı bacısının bezini dəyişən anasına dəyərək onun ölümünə səbəb olub.
26 yaşlı Krista Enqles yerindəcə keçinib. Gənc ananın cəsədini işdən qayıdan qayınanası tapıb.
Qadının ərinin əvəllər ABŞ ordusunda xidmət etdiyi, hazırda isə yük maşını sürdüyü bəlli olub. Polis onun evindən çox sayda başqa silah-sursat da tapıb.