Bakıda məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb.
Uşaq 1 saylı körpələr evinə təhvil verilib.
Faktla əlaqədar araşdırmalar aparılır.