4-cü mərtəbədən atılan körpə ölmədi

26-11-2014, 14:36   
4-cü mərtəbədən atılan körpə ölmədi
Qızcığazın sərxoş anası və ya bacısı tərəfindən atıldığı ehtimal edilir
1 yaşlı körpə 4-cü mərtəbədən aşağı düşsə də sağ qalıb.

hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Hazırda həkimlər pəncərədən düşərək çoxlu xəsarətlər almış uşağın həyatını xilas etməyə çalışırlar.

Balaca qızcığazın sərxoş anası tərəfindən pəncərədən tullandığı ehtimal edilir. Amma bədbəxt hadisə nəticəsində baş verdiyi də ehtimal edilmir.

"Uşaq dördüncü mərtəbənin pəncərəsindən düşüb. Hadisə baş verən ərəfədə anasının isə evdə spirtli içki qəbul etdiyi öyrənilib. Bu fakt üzrə araşdırma aparılır, versiyalar yoxlanılır" - deyə hüquq-mühafizə orqanları açıqlama verib.

Uşağın köməyinə ilk olaraq bina sakinləri gəlib. Onlar təcili tibbi yardım briqadası çağırıblar. Körpə ağır bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib.

Körpənin anasının rəfiqəsi deyib ki, bədbəxt hadisəni yerə düşmüş uşağın 3 yaşlı bacısı törədib. Qadının sözlərinə görə, baş verənlərdə günahkar 3 yaşlı böyük bacıdır. Qızlar özləri məhəccərə dırmaşıblar. Bu zaman böyük bacı balacanı aralı qalmış pəncərədən aşağı itələyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.