Lənkəranda narkotik vasitə qəbul edən qadınlar tutulub.
Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İbrahimovdan 0,7 qram heroin və 0,7 qram psixotrop maddə olan “Metalfetamin” götürülüb.
Onun kirayədə yaşadığı Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Fətullayevə məxsus evə baxış zamanı 0,780 qram heroin, 5,5 qram tiryək, 30 ədəd şpris və narkotik vasitə istifadə etmək üçün vasitələr də aşkar edilərək götürülüb.
Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşoşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb.
F.Fətullayev saxlanılıb ondan 0,325 qram heroin götürülüb.