Bu dəqiqələrdə aldığımız məlumata görə Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində 40-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.
Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib.
Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis rəisinin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Təfərrüatları çatdıracağıq.