Maşa hər gün ölən sahibinin yolunu gözləmək üçün xəstəxanaya gəlir
Maşa adlı it bütün Sibirin sevimlisinə çevrilib. ANS PRESS-in məlumatına görə, buna səbəb onun sədaqətidir. Belə ki, Maşa hər gün xəstəxanaya gələrək həmin tibb ocağında ölən sahibinin qayıtmasını gözləyir.
Maşa nə az, nə çox düz iki ildir ki, xəstəxananın girişində gözləyir. Məlumata görə, onun Novosibrskdə yaşayan sahibinin səhhətində iki il öncə problem yaranıb və o, xəstəxanaya aparılıb. Bundan sonra da itin növbəsi başlayıb.
Qısa müddət sonra xəstə dünyasını dəyişib. Lakin Maşa oradan uzaqlaşmayıb. Xəstəxana əməkdaşları Maşanın daima yemək, içməyi, isti yerinin olmasına diqqət göstərir.
Sədaqətli it səhərlər sahibi ilə yaşadığı evi oğrulardan qoruyur, axşamlar isə ölən şəxsin yolunu xəstəxana qapısında gözləyir.
Xəstəxananın həkimi Vladimir Bespalovun sözlərinə görə, Maşanın gözlərində onun bədbinliyini görmək mümkündür. “Ümid edirik Maşa yaxın zamanlarda yenidən bir insana bu qədər bağlana bilər".
Rusiyalı Maşanın bu sədaqəti film mövzusu olan Haçikonu xatırladır. Haçiko sahibini hər gün merto stansiyasının qarşısında qarşılayıb onunla birgə evə gələrmiş. Lakin bir gün sahibi infarkt nəticəsidə ölüb. İt 9 il ərzində hər gün eyni yerdə sahibinin onu aparacağını gözləyib. Haçikonun ölümündən sonra sədaqətli itin şərəfinə heykəl də ucadılıb.