Bakıda fəhlə "sevdiyi" qızı zorladı - TƏFƏRRÜAT

27-11-2014, 17:28   
Gənc qızı zorlayan şəxs həbs edilib
Bakıda fəhlə "sevdiyi" qızı zorladı - TƏFƏRRÜAT
Bakıda 23 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə müraciət edən 22 yaşlı Aytən Abbasova (ad və soyad şərtidir) bildirib ki, tanışı tərəfindən zorlanıb. Gənc qız qeyd edib ki, bir müddət əvvəl paytaxtda Şaiq adlı oğlanla tanış olub. Daha sonra cütlük arasında isti münasibətlər yaranıb. Şaiq A.Abbasovaya şirin vədlər verib və onunla ailə quracağını, elçi göndərəcəyini deyib. Onlar bir müddət sevgili münasibətində olublar. Bir neçə gün əvvəl isə Şaiq “sevdiyi” qızı yaşadığı evə gətirib. Burada qızın köməksiz vəziyyətdə olmasından istifadə edən şəxs zorla onunla cinsi əlaqədə olub.

A.Abbasova keçmiş sevgilisinin niyyətini başa düşdükdən sonra polisə müraciət etmək qərarına gəldiyini deyib və onun cəzalandırılmasını tələb edib.

Aparılan araşdırmalardan sonra 22 yaşlı qızı zorlayan şəxsin 1991-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olmuş və Bakı şəhər Nizami rayonu, Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsi 148 ünvanında kirayədə yaşayan Şəkərov Şaiq Nuralı oğlu olması müəyyən edilib. Bəlli olub ki, əvvəllər məhkumluğu olan Ş.Şəkərov Bakıda fəhləlik edir və subaydır. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o yaxalanıb və barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.