Abbas Abbasov Adolf Hitlerin kəndini aldı

27-11-2014, 22:47   
Abbas Abbasov Adolf Hitlerin kəndini aldı


Milayrderlər İttifaqının sədri, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovla bağlı şok məlumat almışıq.

Bu barədə Axar.az-a Moskvada yerləşən və Abbasovun özünün də Ağsaqqallar Şurasının sədri olduğu “Azerros”dakı mənbədən məlumat daxil olub. Məlumata görə, Abbas Ababsov Tarıverdiyev soyadlı başqa bir azərbaycanlı iş adamıyla birgə Avstriyada torpaq sahəsi alıb.

Həmin torpaq sahəsi isə Şimali Avstriya ərazisində, Braunau İnn şəhəri yaxınlığında yerləşən Ranshofen kəndindədir. Abbasov və şərikinin aldığı torpağın ərazisi 9 hektardır. Mənbənin dediyinə görə, bu ərazidə Avropanın ən yüksək keyfiyyətli balı yetişdirilir. Bundan sonra da həmin ərazidə bal arıları saxlanılacaq.

Bu arada onu da qeyd edək ki, Abbasov bir qədər əvvəl “Azerros”un sabiq sədri Söyün Sadıqovla birgə Xorvatiyada, dəniz sahili ərazilərdə torpaq sahələri almışdı.

Avstriyada alınan əraziyə gəlincə, olduqca vacib bir məqamı xüsusi qeyd edək: Ranshofen Adolf Hitlerin anadan olduğu kənddir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.