Məscid yandıranların sürücüsü nələr dedi? - Rəsmi

28-11-2014, 01:36   
Məscid yandıranların sürücüsü nələr dedi? - Rəsmi
Qaraçuxur məscidini yandıranları əraziyə aparan taksi sürücüsü danışıb.

Suraxanı Rayon Polis İdarəsindən Vesti.az-a bildirilib ki, noyabrın 26-sı, səhər saat 6.00 radələrində Bakı sakini olan 26 yaşlı Samir Yusifov polisə müraciət edib.

Yusifov ifadəsində deyib ki, 02.30-da A.Mehbalıyev küçəsində “Turan” şadlıq sarayının yaxınlığında onun özəl sərnişindaşıma ilə məşğul olduğu “Mersedes” markalı maşınına iki nəfər əyləşib.

Onlar sürücüdən Qaraçuxur məscidinə sürməyini istəyiblər. Məscidin yanında sərnişinlərdən biri enib və məscidə tərəf yollanıb, digəri isə taksidə qalıb.

Bir neçə dəqiqə sonra sərnişin geri qayıdıb sürücünün boğazına bıçaq dayayaraq Bakıxanov qəsəbəsinə sürməyini əmr edib. Hər iki cinayətkar orada düşüb.

Bundan başqa, rayonun 32-ci polis bölməsinə məscidin qarovulçusu Zülfüqar Hacıyev müraciət edərək cinayətkarların 30-35 yaşlarında olduğunu bildirib.

Onlardan biri məscidin pəncərəsinin şüşəsini sındırıb namaz zalına içində benzin olan şüşəni atıb və yandırıb.
Xatırladaq ki, noyabrın 26-da saat 02.30-da naməlum şəxslər məscidin əsas zalına içində alışan maye olan şüşə atıblar. Nəticədə, alışma baş verib. Məscidin xalça örtüyü zədələnib, yanğın nəticəsində zərər çəkən olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.