Oqtay Əsədov Minsk Qrupundan hesabat istədi

2-05-2014, 14:28   
Oqtay Əsədov Minsk Qrupundan hesabat istədi
Milli Məclisin spikeri Oqtay Əsədov ATƏT-in Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib.

Spikerin sözlərinə görə, artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat verməlidir: “Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”, - deyə spiker bildirib.

Spikerin bu təklifi millət vəkilləri tərəfindən alqışlarla dəstəklənib və qəbul olunub.

O.Əsədov çıxışında ATƏT-in Minsk Qrupunun həmsədrlərini də tənqid edib.

“Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Əslində məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Belə hallara yol vermək olmaz”.
Azərbaycan Milli Məclisinin sədri bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirib.

Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, parlamentin bugünkü iclasında O. Əsədov qeyd edib ki, bəzi mətbuat, xüsusilə TV var ki, Milli Məclisi rüsvay edir.

O buna görə deputatları da qınayıb: “Aranızda eləsi var ki, gedib müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də...”.

O. Əsədov mətbuata mesaj da yollayıb: “Çox təəssüf ki, Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz özümə deyirəm: Görəsən, bu mənim millətimdir?”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.