Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology" bu günün qoroskopunu təqdim edir.
Qoç - aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Təcrübə əldə etməyə çalışın.
Addımlarınızı təhlil edin, nöqsanlarınızı anlamağa çalışın. Əks təqdirdə sizə sərt irad tutanlar olacaq.
Günün ikinci yarısında bahalı texnika və ya qacet almayın. Aldığınız əşya sizi məmnun etməyəcək.
Axşam saatlarında yaxınlarınızla təmaslarla qarşılıqlı etimad və sayğı böyük önəm daşıyır. Situasiyaları yanlış dəyərləndirməyin. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun.
Buğa - bu gün bütün planlar və arzularınızın reallaşacağını düşünməyin. Yaxın ətrafınızdakı insanların problemlərini həll etmək, yaranmaqda olan münaqişələrin qarşısını almaq, işdə və ya təhsildəki çətinlikləri aradan qaldırmalı olacaqsınız. İnadkar və qətiyyətli olsanız, irəliləyəcəksiniz.
Günün ikinci yarısında tərəfdaşınız müstəqillik fikrinə düşə bilər. Mübahisələrdə emosional olmayın.
Ailədəki situasiyanın nəzarətdən çıxmasına imkan verməyin. Qıcıqlı davranmayın, qarşı tərəfin fikirlərini soyuqqanlı şəkildə dinləyin. Kompromisə meylli olun. Yaradıcılıq üçün axşam saatları münasibdir.
Əkizlər - passivlik etməyin, süstlüyə qapılmayın. Yaxın gələcəkdəki maddi rifahınızı düşünün. Yaxın ətrafınızdakı kiçik mübahisələr və anlaşılmazlıqlara rəğmən tövrünüzü pozmayın. Əmək məhsuldarlığınız yüksək olmalıdır.
Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. Sizi təbdən çıxarmağa çalışacaqlar.
Ailə üzvlərinin tapşırıqlarının hamısını yerinə yetirmək, nəyisə yaddan çıxarmaq asan deyil. Evdəkilərlə mübahisə etməyin. Sadəcə, səhvinizi etiraf edin.
Axşam saatlarını səhhətinizə həsr edin.
Xərçəng - məsuliyyətli və intizamlı olsanız, məqsədə çata bilərsiz. Tapşırıqlara pis yanaşıbsınızsa, tənqid və iradlar gecikməyəcək. Yaxın ətrafınızdakı insanlardan biri haqqınızda şayiələr yayır.
Alış-verişi, uzunmüddətli səfəri təxirə salın. Yolda diqqətli davranın.
Günün ikinci yarısında yaxınlarla təmaslarda inadkarlıqla tənqidə dözümsüzlük sizə qarşı olacaq. Ailə üzvlərini anlamağa çalışın. Emosional "partlayış"lara yol verməyin.
Şir - inadkar, cəsur, qətiyyətli olun. Sizə önəm verən insanların qədrini bilin. Tam, total azadlıq olmadığı üçün xam xəyallara düşməyin.
Özünüzə inamınız itməsin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla maliyyə məsələlərinə görə mübahisə etməyin. Aldanmaq, fırıldaq qurbanı olmaq istəmirsinizsə, yaxşı bələd olmadığınız insanlara işləri həvalə etməyin.
Ailədə münaqişəli vəziyyət yaranır. Bunun səbəbi rutin davranış çərçivələrindən kənara çıxmaq istəyinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Pəhriz saxlayın. Rasiona nəzarət edin.
Qız - işlərdə aktivlik üçün əlverişli zamandır. Yalnız öz qüvvənizə bel bağlayın. Kommersiya və ya bizneslə məşğulsunuzsa, yeni taktika, strategiya barədə düşünün.
Ticarət sahəsində anlaşma, müqavilə zamanı deyil. Sərmayə və ya alış-verişi təxirə salın.
Günün ikinci yarısında xırda detal, nəzərə çarpmayan ünsür işlərə maneələr yarada bilər.
Yaxınlarınızla münasibətlərdə möcüzə olmayacaq. Onlar işlərin çoxunu sizə "həvalə" etməyə çalışacaqlar.
Subaysınızsa, düşüncə tərziniz, ünsiyyət çevrəniz və ya yaşam modelində dəyişikliklərə başlayın.
Tərəzi - yaşanan situasiya və ətrafınızdakı insanları sərt təhlil etməyin. İnsanların reaksiyaları adekvat olmaya bilər. Bütün diqqətinizi peşəkar fəaliyyət sahəsinə yönəldin. Maliyyə məsələlərini həll etməyə çalışın.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Aldığınız əşyalar sizə uzun müddət xidmət etməyəcək.
Yaxınlarınızla təmaslarda tələsik qərar verməyin. Onların atdıqları addımların motivlərini və səbəblərini anlamağa can atın. Zərərli vərdişlərlə mübarizəyə başlayın.
Əqrəb - etibarlı tərəfdaş və ya yardımçı tapa bilərsiniz. Əlaqələri inkişaf etdirin, yeni təmaslar yaradın. Qətiyyət və əzm gərəkli nəticə verəcək. Fəaliyyətinizi optimallaşdırın. Yeni biliklər və bacarıqlar əxz etməyə çalışın.
Günün ikinci yarısında çox pul xərcləməyin. Borc almayın.
Sevdiyiniz insanla münasibətlərə qısqanclıq kölgə salmasın. Fərdiyyətçilik, inadkarlıq, müxtəlif komplekslər ailədəki rəvan ab-havanı poza bilər. Qıcıqlı və aqressiv olmayın.
Axşam saatlarında enerjinizi fiziki işlərə yönəldin.
Oxatan - ifrat emosional davranmasanız, maraqlı ideyalar və təşəbbüslərlə tanış olacaqsınız. Hisslərinizə nəzarət edin. Çılğınlıq səhvlərə və işlərdə ləngimələrə səbəb olmamalıdır.
Günün ikinci yarısı planları reallaşdırmaq üçün əlverişli zamandır.
Xatirələrə dalsanız, əhvalınız pozula bilər. Ailə üzvləriniz bu qəmin səbəbini anlamayacaq, belə vəziyyətinizdə özlərini suçlu sayacaqlar. Hisslərinizə hakim olun, vəziyyəti ailə üzvlərinə anladın.
Oğlaq - bu gün üçün nəzərdə tutulan işləri uğurla başa vura bilərsiniz. Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Emosional, bədgüman olmayın. Özünüzə inanın, maneələri dəf edərək məqsədə doğru irəliləyin.
Günün ikinci yarısında yaradıclıqla məşğul olmaq, təhsildə uğurlara nail olmaq mümkündür.
Yaxınlarla təmaslar üçün yaxşı zamandır. Laqeyd olsanız, yaxşı şansları əldən verə bilərsiniz. Bir qədlər kompromislərə meylli olun. Ailə üzvlərinin müstəqil qərar qəbul etmələrinə maneələr yaratmayın.
Axşam saatları romantik görüşlər üçün yaxşıdır.
Dolça - bütün diqqəti adi, rutin işlərin görülməsinə yönəldin. Yeni layihə, uzunmüddətli əməkdaşlıq barədə anlaşmanın imzalanması və ya sərmayə üçün münasib zaman deyil.
Maliyyə məsələlərində pullar yarana bilər. Bank kartınızı itirməyin.
Günün ikinci yarısında situasiyanı təhlil edərək inkişafla irəliləyişin qarşısını alan amilləri aşkarlayın.
Yaxınlarınızla təmaslarda laqeyd və eqoist olmayın. Şəraitin diqtə etdiyi ünsürləri qulaqardına vurmayın. Əks təqdirdə ailənizdə münaqişə yarana bilər.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - yaxın gələcəklə bağlı strateji planlar qurun. Fəqət işgüzar fəaliyyət sahəsində ciddi irəliləyişlərə nail olacağınızı düşünməyin. Geniş miqyaslı layihəni ertələyin.
İşdə həmkarlarla problemlər ola bilər. Həmkarlar və ya dövlət qurumlarının nümayəndələri ilə mübahisə etməyin.
Yaxşı tanımadığınız insanla təmas üçün əlverişli zaman deyil.
Dəyər verdiyiniz insanları işləriniz və gələcək perspektivlərinizlə maraqlandırın. Qarderobu yeniləmək olar. Köhnə, gərəksiz əşyaları atın. Yenilənmə üçün yer hazırlayın.