Bell Sorense Qanness 1881-ci ildə Norveçdən ABŞ-a köçüb.
O, özünün bütün əməllərini də elə ABŞ-da törədib. Yaşayış yerini dəyişmək üçün 23 yaşlı Bell bir neçə il fermada işləyib. Pul yığdıqdan sonra o və bacısı ABŞ-a yollanıblar.
Brungilda Poldsdotter Stoşett əsil adını dəyişərək özünü Bell kimi təqdim edir və yeni həyata başlayır. O, Meds Sorenseylə tanış olub, ona ərə gedir. Bir neçə ildən sonra ər-arvada məxsus olan qənnadı mağazası yanır. Nəticədə, sığorta şirkəti onlara külli miqdarda pul verməli olur. Bu hadisə Bellin sonrakı cinayətləri üçün zəmin yaradır.
Sorensen ailəsində 4 uşaq var idi. Onlardan ikisi sığortalanmışdı. Bir müddət keçdikdən sonra sığortalanmış uşaqlar zəhərlənmə simptomlarına oxşar kolit (yoğun bağırsağın iltihabı) xəstəliyindən vəfat edir. Matəm quran valideynlər sığorta şirkətindən yenidən külli miqdarda pul alırlar.
Bir neçə ildən sonra 1900-cü ilin iyulunda Bellin əri vəfat edir və “qara dul qadın” adı ilə məşhurlaşır. Maraqlısı budur ki, Bellin əri ölməzdən bir neçə ay əvvəl öz həyatını sığorta etdirmişdi. Ailə həkimi Sorensenin ürək qüsurundan öldüyünü söylədi, digər həkim isə kişinin strixnin zəhərindən vəfat etdiyini müəyyən etdi. Lakin dul qalmış Bell hamını ərinin təbii şəkildə vəfat etdiyinə inandırdı və istintaq aparılmadı. Sığorta şirkəti məkrli qadına 8,5 min dollar (bugünkü pulla 250 min dollar – red.) pul ödədi.
Bu pullara qadın başqa bir ştatda ferma alıb, 2 uşağı ilə oraya köçdü. Elə bir neçə gündən sonra fermada sığortalanmış qayıq yandı.
İki ildən sonra (1902-ci il) Bell norveçli PeterQanessə ərə getdi. Bundan12 gün sonra onun kiçik qızı, yarım ildən sonra isə Peter vəfat etdi. Peterin böyük qardaşı Bellin böyük qızını övladlığa götürərək anasından ayırdı. O, Svonhildi hər hansı bir “bədbəxt hadisədən” qorumağa çalışırdı.
Həmin vaxt mərhum ərindən hamilə olan Bell imkanlı kişilərlə tanış olmaq üçün qəzetlərdə elan verir. Onun pərəstişkarları çox idi. “Qara dulun” fermasına düşən hər bir kişi oradan geri qayıtmırdı.
Ferma gözətçilərindən biri olan Rey Lamfer “qara dul” qadına dəli kimi aşiq idi. Bundan istifadə edən Bell onu öz həmkarına çevirdi.
Cavan oğlan Bellə elə vurğun idi ki, onun verdiyi bütün tapşırıqları yerinə yetirməkdən imtina etmirdi. Məsələn, o, Bellə meyitləri basdırmağa yardım edərdi. Lakin Bell ona da etibar edə bilməzdi. Fermadakı yanğından 2 gün əvvəl Bell polisə Lamferin onu öldürmək kimi niyyəti olduğunu demişdi.Fermada yanğın gecəyarısı baş verdi. Heç kimi xilas etmək olmadı: yanmış evdən 4 meyit tapıldı. Onlardan 3-cü uşaq, 1-i isə qadına məxsus olan başsız meyit idi.
Analizlər zamanı uşaqların hələ yanğından əvvəl öldüyü müəyyən olundu. Başsız qadın isə uşaqların dayəsi idi. “Qara dul qadın” isə izsiz-tozsuz itmişdi.
Bəziləri onu 1931-ci ildə Missisipidə gördüyünü deyiblər. Lakin BellSorensenQannessin 1908-ci ildə fermada baş verən yanğında vəfat etdiyini də iddia edənlər var.