İki prokuror işdən çıxarıldı

28-11-2014, 10:24   
İki prokuror işdən çıxarıldı
Baş Prokurorluqda dəyişiklik
Baş Prokurorluqda kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni kadr dəyişikliyilə bağlı baş prokuror Zakir Qaralov yeni əmr imzalayıb.

Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Hər iki şəxs Baş Prokurorluqda yeni təyinat alıblar.

Hələlik işdən çıxarılan prokurorların yerinə yeni təyinat edilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.