Vüqar Taşov qızı barədə yazılanların hamısının yalan olduğunu bildirib
Balakən rayonu İcra Hakimiyyətinin şöbə müdirinin qızının qaçırılması haqda xəbər yayılıb
bu barədə axar.az saytı yazıb.
Verilən məlumata görə, Balakən rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçıb. Qızın ailəsinə məktub yazdığı bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün Vüqar Taşovun özü ilə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, yazılanlar həqiqətə uyğun deyil.
Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir.
"Birincisi qızım 9-cu sinifdə oxuyur, ikincisi o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır”, - deyə Vüqar Taşov bildirib.