Bakıda 16 yaşlı qız adam öldürdü

28-11-2014, 11:26   
Bakıda 16 yaşlı qız adam öldürdü
Aydan Xəlilova 23 yaşlı həmcinsini bıçaqlayıb

Bakının Xəzər rayonunda 23 yaşlı qızı xüsusi amansızlıqla öldürən şəxsi polis tutub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsinin əməkdaşları tərəfidən həyata keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Şəms Nəhmədova noyabrın 27-də qətlə yetirilib. Onun meyiti evindən tapılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.