Bakıda polis bir nəfəri qumbara satarkən yaxalayıb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Məhərrəmov 4 qumbaranı (2 “F-1” və 2 “RQD-5”) 200 manata satarkən tutulub.