Gəncəli "qanuni oğru" tutuldu

28-11-2014, 15:15   
Gəncəli "qanuni oğru" tutuldu
"Rüfət Gəncinski"nin Ded Hasanın qətlində əlinin olduğu deyilir

Rusiyada azərbaycanlı "qanuni oğru" tutulub. ANS PRESS-in məlumatına görə, Polis "Rüfət Gəncinski" kimi tanınan Ülfət Tağıyevi saxlayıb. O, Lyublinsk bazarının sahiblərindən biri olan Elxan Əliyev və iş adamı İlqam Əliyevin qətlində şübhəli bilinərək tutulub.

Sorğu-sual zamanı tanınmış "qanuni oğru" Ded Hasanın ölümü ilə bağlı da maraqlı bir faktı ortaya çıxıb. Belə ki, saxlanılan şəxsin Ded Hasanın qatili haqqında informsiyaya sahib olduğu bəlli olub. "Qanuni oğru" Rüfət Gəncinski 2013-cü ilin yanvar ayının 16-da öldürülən Ded Hasanın qatilinin aradan çıxarılması planını şəxsən hazırladığını deyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Tağıyev Ded Hasanın güllələnməsində də iştirak etdiyini deyib. Belə ki, "Rüfət Gəncinski" Ded Hasanın qətlinin kuratoru olub.


Məlumata görə, Tağıyevin özü uzun müddət digər "qanuni oğru" olan Rövşən Lənkəranskinin dəstəsində killer olub. O, isə Ded Hasan klanının əsas düşmənlərindən olub. Rüfət Gəncinski Aslan Usoyanın - Ded Hasanın qətlinin təşkilatçısı və ya sifarişçisi olması barədə deyilənləri isə təkzib edib. Onun sözlərinə görə, tanışları ancaq ondan qatilin cinayətdən əvəll və sonra marşrutunu hazırlamalarını istəyiblər. O, sifarişçilərin adlarını açıqlamaqdan imtina edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.