“Anamı və arvadımı söydü, bıçağı ürəyinə sancdım” – Bir qətlin tarixçəsi

28-11-2014, 23:15   
“Anamı və arvadımı söydü, bıçağı ürəyinə sancdım” – Bir qətlin tarixçəsi


“Anamı və arvadımı söydü, bıçağı ürəyinə sancdım” – Bir qətlin tarixçəsiCəlilabadda iki gəncin arasında yaranan mübahisə qətllə nəticələnib. Hadisə 2013-cü il oktyabrın 13-də baş verib. İki sərxoş həmyerlinin mübahisəsinin sonu qanlı olayla başa çatıb. Hadisə Cəlilabad rayonu, Göytəpə şəhərinin Savalan küçəsində qeydə alınıb.

Pərviz Bayramovun həmyerlisi Nizar Duniyevə min manat borcu olub. Nizar həmin vaxt Pərviz Bayramovdan borcu qaytarmasını tələb edib. Pərviz Bayramov ona sərxoş olduğunu deyib və bu barədə sabah danışmağı təklif edib. Onlar daha sonra ayrılıblar və hərə öz evinə gedib.

Pul borcu

Bundan sonra Nizar Duniyev mətbəx bıçаğı və soyuq silah hesab olunan kastet (beşbarmaq) götürərək Pərviz Bayramovun evinə gəlib. O, küçədə dayanaraq Pərviz Bayramovu səsləyib.

Bu zaman Pərviz Bаyrаmоv еvin qаrşısındаkı аrtırmаyа çıxıb. O, Nizar Duniyevə səhəri gün gəlməsini dеyib. Lаkin Nizar Duniyev аrtırmаnın ətrаfınа çəkilmiş sеllоfаnı cırаrаq Pərviz Bаyrаmоvu bıçаqlа vurmаq istəyib. Pərviz Bаyrаmоv onun əlindən vurub. Bu vaxt bıçaq Nizarın əlindən yerə düşüb.

Bıçağı ürəyinə sancdı

Pərviz Bayramov cəld tərpənərək yerə düşmüş bıçağı götürüb. Bu zaman Nizаr Duniyеv Pərvizin özünün və ailə üzvlərinin ünvanına nаlayiq ifadələr işlədib. Onun bu söyüşləri Pərvizi hövsələdən çıxarıb. Əsəbi vəziyyətdə olan Pərviz bıçağı Nizar Dunayevin ürəyinə sancıb.

Nizar Dunayev ürək nahiyəsindən aldığı xəsarətdən və kəskin qanaxmadan dünyasını dəyişib. Cinayəti törədən Pərviz Bayramov Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həbs edilib.

10 il 6 ay cəza

Publika.az xəbər verir ki, Pərviz Bayramov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə araşdırması zamanı Pərviz Bayramovun cinayət törətməsi sübuta yetirilib və onun barəsində ittiham hökmü çıxarılıb. Məhkəmənin hökmü ilə Pərviz Bayramov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Pərviz Bayramov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci məhkəmə instansiyası tərəfindən həddindən artıq ağır cəza verilib. Pərviz Bayramov cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Ailə üzvlərimin yanında məni bıçaqla vurmaq istəyib”

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Bayramov dindirilib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib: “Nizar bütün etik qaydalara və milli mentalitet dəyərlərinə zidd hərəkət edib. O, içkili vəziyyətdə mənim yaşadığım ünvana bıçaqla hücum edib. Mənim şərəf və ləyaqətimi alçaldan ifadələr işlədib. Ailə üzvlərimin yanında məni bıçaqla vurmaq istəyib”.

“Başımı geri çəkdim, zərbə arxada dayanan arvadıma dəydi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bıçağı onun əlindən alsa da, Nizar Dunayev sakitləşməyib: “Bıçağı onun əlindən aldıqdan sonra cibindən beşbarmaq çıxardı. Anamı və arvadımı söydü. O, beşbarmaqla üstümə hücum elədi. O, yenidən məni vurmaq istədi. Bu zaman başımı geri çəkdim, zərbə arxada dayanan arvadıma dəydi. Yalnız bundan sonra özümdə olan bıçaqla Nizar Dunayevə zərbə vurdum. Zərbənin hara dəyməsinə fikir verməmişəm. Törətdiyim əməldən peşmanam. Barəmdə düzgün və ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

Prokuror: “Şikayət təmin edilməsin”

Prosesdə çıxış edən dövlət ittihamçısı Ceyhun Əliyev bildirib ki, Pərviz Bayramovun əməlinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilib. O, qeyd edib ki, təqsirləndirilən şəxs mərhumun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub: “Buna görə də Pərviz Bayramovun əməlində Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi yaranıb. Ona təyin edilmiş cəza ədalətlidir. Bu səbəbdən də, onun apelyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm”.

Zərərçəkmiş: “Ailəmi başsız qoyub”

Zərərçəkmiş şəxsin hüquqi varisi Esmira Duniyeva bildirib ki, Pərviz Bayramov törətdiyi əməllə ailəsini başsız qoyub. O, Pərviz Bayramovdan şikayətçi olduğunu qeyd edib: “Məhkəmənin hökmünü ədalətli hesab edirəm və bu səbəbdən də Pərviz Bayramovun şikayətinin təmin edilməməsini istəyirəm”.

Pərviz Bayramovun vəkili Ruslan Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxs cinayəti bilərəkdən törətməyib. Onun sözlərinə görə, Pərviz Bayramovun əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin qarşısını alarkən törədib. O, məhkəmədən ədalətli qərar qəbul etməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərarı elan edib. Qərara görə, Pərviz Bayramovun apelyasiya şikayəti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.