Beyləqanda bələdiyyə bazarlığı: 10 min manata sədr

28-11-2014, 23:25   
Beyləqanda bələdiyyə bazarlığı: 10 min manata sədr

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Amma yerlərdən daxil olan şikayət və narazılıqlar prosesin heç də hər yerdə normal getmədiyini düşünmək üçün əsaslar verir. Narazılıqların pik həddə çatdığı rayonlardan biri isə Beyləqandır.
Rayondakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, bələdiyyəyə kimin seçilib seçilməyəcəyi, habelə kimin sədr olacağı ilə bağlı bütün məsələlərə Beyləqan rayon icra hakimiyəti başçısının birinci muavini Telman Məstanov rəhbərlik edir. Qaynağımızın sözlərinə görə, birinci müavin icra başçısı Vaqif Abdullayevin adından pul yığaraq qarşıdan gələn bələddiyyə seçkilərini sözün əsl mənasında hərraca çıxarıblar.
Məlumatda vurğulanır ki, Telman Məstanov açıq şəkildə bəyan edib ki, kim tələb olunan məbləği düzəltsə o da bələdiyyə sədri olacaq. Qeyd olunur ki, T . Məstanov indidən Beyləqan rayonu, Mil qəsəbə sakini Mehdiyev Rasim Fərman oglundan 10 min manat məbləğində pul alaraq onu Mil qəsəbəsində bələdiyyə sədri “təyin edib”.
Maraqlıdır, hələ seçkilər başlamayıb, belə olan halda bələdiyyə bazarlığının start götürməsi nədən xəbər verir?
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.