Kürdəmir sakini qatarın altında qalaraq ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 30-da saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən qatar onu vurub.
Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.