Həbsxanada zəhərlənmə: 35 məhbus öldü, 145 nəfər yataqda - FOTO

1-12-2014, 10:19   
Həbsxanada zəhərlənmə: 35 məhbus öldü, 145 nəfər yataqda - FOTO

Venesueladakı həbsxanalardan birində 35 məhbus dərman preparatlarından zəhərlənərək ölüb, 20 məhbus isə koma vəziyyətinə düşüb. Daha 145 məhbusun vəziyyətinin çox ağır olduğu bildirilir.
olay Lara şəhərindəki "David Viloria" həbsxanasında baş verib.
İlkin məlumatlara görə, məhbuslar kütləvi etiraz aksiyasına başlayaraq özlərini zəhərləyiblər.

Həbsxananın direktoru Xulio Sesar Peres hadisə ilə bağlı olaraq işindən kənarlaşdırılıb və onun barəsində cinayət işi açılıb. İstintaq gedir.
Polisdən verilən məlumata görə, məhbuslar etiraz aksiyasına başlayandan sonra həbsxanadakı tibb məntəqəsini ələ keçiriblər. Onlar müxtəlif dərman preparatları qəbul ediblər.

Həbsxanadakı 400 məhbus başqa islah düşərgələrinə keçirilib.

Venesuelanın penitensiar müəssisələrində məhbusların etiraz aksiyaları, qiyam və üsyanları mütəmadi baş verir. Əsas səbəb kameralardakı sıxlıqdır. Belə ki, 14 min məhbus üçün nəzərdə tutulmuş həbsxanalarda hazırda 50 mindən artıq məhbus var.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.