Daha bir "qanuni oğru" həbs edildi

1-12-2014, 11:36   
Daha bir "qanuni oğru" həbs edildiMoskvada 48 yaşlı “qanuni oğru” Salmanul-Parusey Abdurzakov saxlanılıb.

Aznews.az-ın xəbərinə görə, “qanuni oğru” kriminal aləmdə “Timur Saratovski” kimi tanınır. Şəxsi axtarış zamanı onun üzərində 29 qram həşiş aşkarlanıb. Əgər, ”qanuni oğru”nun günahı sübut olunsa, onu 3 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Salmanul-Parusey əslən çeçenistanlıdır. 90-cı illərin sonlarında o, qəfildən Saratovsk vilayətində görünməyə başlayıb. Bu isə həmin ərazilərdə nəzarəti əllərində saxlayan kriminal avtoritetlər - Dato və Noyunun xoşuna gəlməyib. Nəticədə Timur Saratovsk istintaq təcridxanasının “daimi qonağı” olub. Yerli polisin bir neçə “xəbərdarlıq”larından sonra o, Moskvaya gedib. Moskvada da Abdurzakov çox azadlıqda qalmayıb. Lakin, 2008-ci ildə həbs müddətini başa vurduqdan sonra o, bu günədək həbsxanaya düşməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.