Fransa Prezidentindən Yunusların "təqib edilməsinə" münasibət tələb olunur

2-05-2014, 15:36   
Fransa Prezidentindən Yunusların "təqib edilməsinə" münasibət tələb olunur
Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusovun saxlanılması, dindirilməsi və onlara məxsus məkanlarda axtarış aparılmasını yerli və beynəlxalq təşkilatlar şərh edib.
Human Rights Watch insan haqları təşkilatı cümə günü buraxdığı bəyanatında Fransa prezidenti François Hollande-ı və Avropa Şurasının rəhbərliyini Leyla Yunus və Arif Yunusovun "təqib edilməsinə" münasibət bildirməyə çağırıb. Cənab Hollande-ın bu ay Azərbaycana səfər edəcəyi barədə məlumatlar yayılıb.
"Məqsəd - axırıncı hüquq müdafiəçisini məhv etməkdir"
Leyla Yunus "Rauf Mirqədirova görə şahid qismində dindirilib"
Jurnalistlərin və onlayn fəalların "davam edən həbsi" AŞ hesabatında
"Leyla və Arif Yunus Azərbaycan hakimiyyətinin "əlverişsiz" hesab etdiyi bir çox adamdan biridir", HRW-da Avropa və Mərkəzi Asiya üzrə direktorun müavini Rachel Denber deyib.
Hollande Bakıda ikən Yunuslarla görüşə israr etməlidir və onların və jurnalist Rauf Mirqədirovun azadlığının həm onun, həm də Fransa-Azərbaycan əlaqələri üçün çox önəmli olduğunu bildirməlidir, bəyanatda deyilir.
Eyni zamanda Azərbaycanın mayın 15-dən Avropa Şurasına sədrlik edəcəyi qeyd olunur. "Qurumun baş katibi Thorbjorn Jagland Yunusların təqib olunması, Mirqədirovla necə rəftar edilməsi və daha geniş baxımdan son il ərzində fəallara və jurnalistlərə qarşı görülən sərt tədbirlər barədə ciddi narahatlığını bildirməlidir".
Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muiznieks bildirib ki, o, Yunuslar ailəsinin saxlanılması, onların hava limanında saatlarla axtarılması, vəkillə görüşə bilmək çətinliyi və xanım Yusunun ifadə verməsindən narahatdır.
"Təəssüf ki, bu, Azərbaycanda tənqidi səslərə qarşı repressiyanın və hədə-qorxunun genişlənməsinin daha bir nümunəsidir - O problem ki, mən dəfələrlə bu barədə danışmışam və ötən həftə yaydığım hesabatımda da qeyd etmişəm".
Komissar Muiznieks deyib ki, hökümət dərhal belə təcrübəyə son qoymalı və ifadə azadlığı, birləşmə və toplaşma azadlıqlarını təmin etmək üçün təcili ölçülər götürməlidir.
"AŞ üzvü kimi Azərbaycan insan haqları sahəsində öhdəlikləri və töhvələrinə əməl etmək vəzifəsi daşıyır".
Azərbaycandakı səfirliklər də BBC Azərbaycancaya şərhlərində məsələyə münasibət bildiriblər.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib ki, Rauf Mirqədirov məsələsində olduğu kimi, Azərbaycan Hökümətinin atdığı addımların Leyla Yunus və Arif Yunusovun Dağlıq Qarabağ münaqişəsinin dinc həllini asanlaşdıran və inam yaratmaq məqsədilə xalq-xalqa cəhdləri ilə bağlı olması ehtimalından "çox narahatıq".
Səfirlik, həmçinin, Yunusovların saxlanılarkən Qərb diplomatları- Fransa səfiri və ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkilinin onları müşayiət etməsi barədə məlumatlara da şərh verib.
"Biz vəziyyəti yaxından izləyirik və Leyla Yunus və həyat yoldaşı Arif Yunusovla birbaşa əlaqə saxlayırıq. Onların xahişi ilə müvəqqəti işlər vəkil cənab [Dereck] Hogan onları aprelin 28-də hava limanında qarşılayıb".
"Biz, həmçinin bu məsələ ilə bağlı Azərbaycan höküməti ilə əlaqə saxlamışıq", Səfirlik əlavə edir.
Böyük Britaniyanın Bakıdakı Səfirliyi bildirib ki, Leyla və Arif Yunusun "dünən saxlanılması barədə xəbərləri eşitməkdən narahatıq".
"Leyla və Arif Britaniya Səfirliyi ilə yaxından çalışıb və biz Yunusların Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün əlverişli şərait yaratmağı dəstəkləmək məqsədi daşıyan layihələri maliyyələşdirmişik", səfirlikdən BBC Azərbaycancaya bildirilib.
28 aprel gecəsi Klikləyin Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib. Lakin axtarış-baxış baş tutmayıb. Səhər saat 7-də xanım Yunus ifadə vermək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.
İfadə alınmasından sonra, Leyla Yunusun ofisi və evində axtarış edilib.
Hələlik Baş Prokurorluqdan Leyla Yunusun saxlanılması və dindirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.